Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb.
Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
***
09:51
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
TodayPress xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
(Report)
tag: DSX,Hərbi Qulluqçu,Cəbrayıl,Mina,Partlayış,Todaypress.az,

