Buzovna-Zağulba yolunda qəza -"Hunday" aşdı
Hadisə
04.06.2024 19:49
Bakının Xəzər rayonu, Buzovna-Zağulba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Zərərçəkənlərin olub-olmaması ilə bağlı məlumat yoxdur.
Qəza səbəbindən yolda sıxlıq yaranıb (report).
tag: "Hunday", Buzovna,Zağulba,Bakı,Avtoqəza,todaypress.az,