Birinci rübdə 4 154 təbii və texnogen mənşəli hadisə baş verdi

Hadisə

13.05.2025 20:20

13

2025-ci ilin I rübü ərzində ölkə ərazisində 4 154 təbii və texnogen mənşəli hadisə baş verib.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.

Bildirilir ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olub, 85 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 18 nəfər xilas edilib, 229 nəfər təxliyə olunub.

tag: Texnogen, FHN, Statistika, Ölüm, todaypress.az,