Binəqədidə evdən 10 min manatlıq oğurluq oldu

Hadisə

18.12.2024 13:00

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

tag: Binəqədi ,Oğurluq, Polis, Pul ,todaypress.az,