Binəqədi rayonunda silah-sursat aşkarlandı

Hadisə

23.04.2025 14:00

8

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 7 ədəd patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

tag: Binəqədi,DİN,Silah-Sursat,Avtomat Silah ,Patron Darağı, todaypress.az,