“Binə” bazarında yanğın baş verdi
Hadisə
24.08.2024 16:30
Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə”
ticarət mərkəzinin ərazisində yanğın olub.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə
Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb
olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət
mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli
tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.
"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində
yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində
quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı
yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan
yoxdur" deyə məlumatda qeyd olunub.
tag: Binə,Bazar,Yanğın,Transformator,FHN,todaypress.az,