Biləsuvarda ov tüfəngi ilə 34 yaşlı kişi öldü
Hadisə
19.11.2024 04:38
Biləsuvarda silahla
ehtiyatsızlıq ölümə səbəb olub.
TodayPress
xəbər verir ki, hadisə Biləsuvar rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1990–cı
il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan
atəş nəticəsində hadisə yerində ölüb.
İlkin ehtimala əsasən,
onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Tüfəng, Ölüm, Biləsuvar, Silah, todaypress.az,