Biləsuvarda 59 yaşlı sürücü sükan arxasında öldü
Hadisə
24.10.2024 23:11
Biləsuvarda sükan arxasında olan sürücü ölüb.
TodayPress xəbər verir ki, rayon sakini, 1965-ci il təvəllüdlü Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.
N. Məmmədovun
ürəktutmasından vəfat etdiyi bildirilir.
Meyit aidiyyəti
üzrə təhvil verilib.
tag: Ölüm, Biləsuvar, Ürəktutma, Meyit, Vəfat, todaypress.az,