Biləsuvar sakini dəm qazından boğularaq öldü
Hadisə
20.11.2024 13:21
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
TodayPress-in məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Biləsuvar ,Ovçubərə,İbabəyli Rəşad Əlibala,Qaz,Boğulma,todaypress.az,