Bıçaqla oynayan azyaşlı ehtiyatsızlıqdan öldü
Hadisə
01.11.2024 21:47
Şabran rayonunda bədbəxt hadisə baş verib.
TodayPress xəbər verir ki, rayonun Padar kənd
sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə
bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.
Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji
Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Şabran, Padar, Meyit, Uşaq, Bıçaq, todaypress.az,