Beyləqanda dəm qazı can aldı

Hadisə

17.12.2024 10:45

Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.

TodayPress xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

tag: Beyləqan ,Dəm ,Boğulma, Ölüm, todaypress.az,