Beyləqanda 9 yaşlı uşaq kanalda batdı
Hadisə
19.08.2024 16:21
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
TodayPress-in xəbərinə görə, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü, Yeni Mil Qəsəbə sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar davam etdirilir.
tag: Fövqəladə Hallar Nazirliyi, Beyləqan, Yeni Mil Qəsəbəsi, Xilasedicilər, Axtarış, todaypress.az,