Bərdədə 4 kiloqram marixuana aşkarlandı

Hadisə

30.11.2024 11:06

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. 

Bu barədə DİN-dən TodayPress-ə məlumat verilib.

Qeyd olunub ki, onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

tag: Narkotik, Bərdə, Hadisə,Polis,Marixuana, todaypress.az,