Bərdə sakini arı sancmasından öldü

Hadisə

21.09.2024 01:44

Bərdədə arı sancması ölümə səbəb olub.

TodayPress xəbər verir ki, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancdıqdan sonra vəziyyəti pisləşib.

Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb, yolda dünyasını dəyişib. 

tag: Arı, Ölüm, Sancma, Bərdə,Həşərat,todaypress.az,