Baş prokuror: "Təyyarə qəzası ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb"

Hadisə

20.01.2025 11:53

"AZAL-ın təyyarəsinin Aktauda qəzaya düşməsi ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb".

TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.

Baş prokuror vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır. Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır.

tag: Kamran Əliyev, Baş prokuror, AZAL,Aktau, Rusiya, Azərbaycan, Qazaxıstan,todaypress.az,