Bank kartlarından 15 min manata yaxın pul oğurlandı

Hadisə

14.05.2025 10:42

14

Onlayn cinayət davam edən və artan kiber təhlükədir.

Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var.

tag: DİN,Polis,Bank,Kart,Todaypress.az,