Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanıldı
Paytaxtın Nərimanov rayonunda vətəndaşın etibarından sui-istifadə edən şəxs onun 1450 manatını ələ keçirib.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətmiş 33 yaşlı S.Əzizli müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 300 manatını oğurlamış 25 yaşlı N.Aslanov da saxlanılıb.
Araşdırmalar aparılır.
tag: DİN,Polis,Bank,Kart,Todaypress.az,