Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq öldü
Hadisə
18.11.2024 22:46
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı
uşaq suda boğularaq ölüb.
TodayPress xəbər verir ki, hadisə rayonun Ballıcallı
kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı
şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər
üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.
tag: Bakı, Neftçala, Uşaq, Ölüm, Ballıcallı, Boğulma,