Bakıdakı qəza işıqforu yararsız vəziyyətə saldı

Hadisə

12.12.2024 01:16

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


TodayPress xəbər verir ki, qəza Zərifə Əliyeva küçəsində qeydə alınıb.

 

Belə ki, idarəetməni itirən “Hyundai” markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini işıqfora çırpıb.

Nəticədə işıqfor sıradan çıxıb, yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt üzrə araşdırma aparılır.

tag: Qəza, Səbail, Yol-Nəqliyyat, Zərifə Əliyeva, Hyundai, İşıqfor, todaypress.az,