Bakıda yaşayış binasında yanğın oldu

Hadisə

14.10.2024 23:43

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yataq otağında 1 ədəd dolab və yataq dəsti 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən TodayPress-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Bakı, Yanğın, FHN, Mənzil, todaypress.az,