Bakıda yaşayış binası yandı: Sakinlər təxliyə olundu

Hadisə

26.05.2024 15:50

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib. Bu barədə Todapress-ə FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: FHN, Yanğınsöndürücü, todaypress.az, Xəbər,