Bakıda ticarət mərkəzi yandı, yolda sıxlıq yarandı

Hadisə

01.08.2024 14:57

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Əraziyə FHN-nin yanğınsöndürən maşınları və xilasediciləri cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Ruslan İslam 

tag: Tİcarət Mərkəzi, Yanğın, DİN,Bakı, Qara Qarayev prospekti, todaypress.az,