Bakıda tank əleyhinə zirehdələn raket mərmisi tapıldı
Hadisə
22.09.2024 13:39
Fövqəladə
Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu,
Kürdəxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən TodayPress-ə
verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb
edilib.
Hüquq-mühafizə
orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən
sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı
1 ədəd 40 mm-lik “PQ-7L” markalı tank əleyhinə zirehdələn kumulyativ idarəolunmayan
raket mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin
çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən
götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə
axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.