Bakıda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam edir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Sonuncu tədbirlə Sabunçu və Binəqədi rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança və 9 ədəd patron tapılaraq götürülüb. Araşdırma aparılır.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,