Bakıda sex yandı
Hadisə
03.11.2024 09:27
Bakıda sexdə yanğın olub.
Bu
barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib
ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu,
Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin
çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil mühərriki
yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın
nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış
4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə
olunub.
tag: FHN, Bakı, Yanğın, Sex, todaypress.az,