Bakıda qəza - işıqfor yararsız vəziyyətə düşdü

Hadisə

12.04.2025 22:40

8

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində bir nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Qurumun əməkdaşları tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.




tag: Səbail,Zərifə Əliyeva, Yol-Nəqliyyat, Bakı, Qəza, İşıqfor, todaypress.az,