Bakıda qadınlar arasında bıçaqlanma baş verdi
Hadisə
10.07.2024 01:35
Bakının Xəzər rayonunda iki nəfər
bıçaqlanıb.
TodayPress xəbər verir ki,
hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü
Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o,
bıçaqlanıb.
Həmin vaxt L.Vəliyevanın
qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə
yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
(apa.az)
tag: Bakı, Bıçaqlanma, Mərdəkan, Hadisə, todaypress.az,