Bakıda qadın yol qəzasında xəsarət aldı

Hadisə

13.07.2024 05:00

Bakının Yasamal rayonunda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

TodayPress xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Əhmədzadə Nərmin Mais qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

tag: todaypress.az, Bakı, Qəza, Yol-nəqliyyat, Yasamal,