Bakıda qadın dələduzluğun qurbanı oldu

Hadisə

15.08.2024 13:25

Xəzər rayonunda qadın dələduzluğa məruz qalıb, 38500 manatı ələ keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

tag: Bakı, Dələduzluq , Daxili İşlər Nazirliyi ,Araşdırma, todaypress.az,