Bakıda oğurluq hadisəsi baş verdi

Hadisə

01.10.2024 10:30

Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manatın oğurlanması barədə polisə məlumat daxil olub.   

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayılıb.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb. 

Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.   

Faktlarla bağlı araşdırma aparılır.

tag: Binə,Oğurluq, DİN, Qara Maskalı, Polis,Xəzər RPİ,todaypress.az,