Bakıda musiqi alətlərinin satıldığı mağaza yandı
Hadisə
20.12.2024 05:32
Bakının Nərimanov rayonunda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin
çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı
mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın
nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m.
elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük
hissəsi və mağaza yanğından mühafizə olunub.
tag: Yanğın, Bakı, FHN, Nərimanov, Mağaza, todaypress.az,