Bakıda maşın marketə çırpıldı, xəsarət alanlar var
Hadisə
11.09.2024 22:56
Bakıda
yol qəzası olub, 3 nəfər xəsarət alıb. Hərəkətdə olan avtomobil marketə
çırpılıb.
TƏBİB-dən TodayPress-ə
bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi
ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə 3
təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın
cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
tag: Qəza, Maşın, TƏBİB, Sabunçu,todaypress.az,