Bakıda köməkçi tikilidə yanğın oldu, meyit aşkarlandı

Hadisə

11.05.2025 10:31

18

Bakı şəhərinin Sabunçu rayonununda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Bakı,Yanğın,FHN,Meyit,todaypress.az,