Bakıda kişi saxta pula görə bıçaqlandı
Hadisə
26.07.2024 01:30
Bakının Sabunçu rayonunda
bıçaqlanma hadisəsi baş verib.
TodayPress xəbər verir ki,
hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, iki nəfər meyvə
satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Namazəliyəv Elçin Yavər oğluna
aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.
E. Namazəliyev pulun saxta
olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs
buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.
Nəticədə mübahisə qanla bitib,
E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına
çatdırılıb.
Müayinə zamanı ona qarının ön
divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
tag: Bakı, Sabunçu, Saxta pul, Bıçaqlanma, todaypress.az,