Bakıda kişi özünü körpüdən atmaq istədi
Hadisə
12.09.2024 01:53
Bu gün
axşam saatlarında intihara cəhd hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş
verib, bir vətəndaş körpüyə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə
dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat
zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ramin Mirağa oğlu Əliyev
körpünün məhəccərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər
onunla ünsiyyət quraraq davamlı psixoloji söhbət aparıblar və təhlükəsizlik
tədbirləri həyata keçirilib. Xilasedicilərin psixoloji dəstəyi nəticəsində
R.Əliyev intihar niyyətindən daşınıb və o, təhlükəsiz şəkildə xilas edilərək
müvafiq qurumlara təhvil verilib.
tag: İntihar, FHN,