Bakıda “KİA” avtomobili yandı
Hadisə
17.12.2024 22:51
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik
avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə TodayPress Fövqəladə Hallar
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KİA”
markalı minik avtomobilinidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi
yanıb.
Avtomobilin qalan hissəsi və yaxında park edilmiş
avtomobillər yanğından mühafizə olunub.
tag: FHN, KİA, Yanğın, Maşın, Avtomobil, todaypress.az,