Bakıda karqo şirkətinin ofisinə hücum edən şəxs saxlanıldı
Bakıda
karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən
edilib, izahatı alınıb.
TodayPress
“Report”
a istindən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirilib.
“Vətəndaş
F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində
ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət
edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı
alınıb” mətbuat xidməti açıqlayıb.
Vurğulanıb
ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır:
“Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq
ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə
hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin
əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub.
tag: DİN, Bakı, Karqo, Hücum, Polis, todaypress.az,