Bakıda kafedə yanğın oldu
Hadisə
17.11.2024 05:56
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə
yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
TodayPress xəbər verir ki, yanğından mühafizə
bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə
yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar
konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından
mühafizə olunub.
Xəsarət alan yoxdur.
tag: Bakı, Yağın, FHN, Kafe, Qaynar Xətt, todaypress.az,