Bakıda itkin düşən azyaşlı oyun salonunda tapıldı- YENİLƏNDİ

Hadisə

12.04.2025 23:14

13

Bakıda itkin düşmüş 10 yaşlı uşaq tapılıb. 

DİN-in Mətbuat Xidmətindən TodayPress-əverilən məlumata görə, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən "Playstation" oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edilir ki, onun itkin düşməsində kriminal tərkib yoxdur.

22:50

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

TodayPress xəbər verir ki, Elizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.

Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.

Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məlumata görə, azyaşlı fotodakı geyimdə olub.


tag: İtkin, Məktəbli, 4-cü Sinif, Polis, Axtarış, todaypress.az,