Bakıda iki avtomobil toqquşdu, ölən var
Hadisə
11.11.2024 10:07
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet” markalı minik avtomobili ilə "Tesla" markalı minik avtomobili toqquşub və 1 nəfər “Chevrolet” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
tag: FHN, Bakı, Tesla, Qəza, Nəqliyyat, todaypress.az,