Bakıda həkim xəstənin yaxınları tərəfindən döyüldü

Hadisə

10.12.2024 01:18

Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.

TodayPress xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, çağırışa gedən həkim Səmədov Mətin Arif oğlu xəstənin yaxınları tərəfindən döyülüb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Fakt araşdırılır.

tag: Bakı, Həkim, Döyülmə, Xəsarət, Suraxanı, Yaralı, todaypress.az,