Bakıda gənc oğlan bıçaqlandı
Hadisə
12.07.2024 00:41
Bakının Sabunçu rayonunda 24
yaşlı oğlan dava zamanı bıçaq xəsarəti alıb.
TodayPress xəbər
verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü
Mirzəyev Raid Nazim oğlu dava zamanı bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
tag: Bakı, Sabunçu, Bıçaqlanma, Mirzəyev Raid, todaypress.az,