Bakıda əxlaqsız hərəkət edən taksi sürücüsü saxlanıldı
Sosial şəbəkələrdə taksi sürücüsünün əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
TodayPress xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin şəxs Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.
tag: Sosial şəbəkə, DİN, Taksi, Bakı, todaypress.az,