Bakıda evdən 10 min manatlıq oğurluq edildi
Hadisə
06.12.2024 14:16
Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.
TodayPress DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Binəqədi ,Görədil ,Oğurluq, DİN, Polis, todaypress.az,