Bakıda evdə yanğın oldu, 1 nəfər xəsarət aldı
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən TodayPress-ə verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Bakı,Səbail,FHN,Yanğın,Hadisə,