Bakıda evdə yanğın çıxdı

Hadisə

15.12.2024 10:45

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 89 m² sahədə yanıb.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Bakı,Səbail,Fövqəladə Hallar Nazirliyi,Yanğın ,todaypress.az,