Bakıda əcnəbini avtomobil vurdu
Hadisə
09.11.2024 08:34
Bakının Nəsimi rayonunda 20 yaşlı gənc
yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
TodayPress xəbər verir ki, əcnəbi vətəndaş,
2004-cü il təvəllüdlü Seyid Amer Ashay yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Əcnəbi, Azərbaycan, Bakı, Qəza, Nəsimi , todaypress.az,