Bakıda dənizdə batan şəxsin meyiti tapıldı

Hadisə

10.06.2024 14:02

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə TodayPress-ə FHN-dən bildirilib.

"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb" deyə məlumatda qeyd olunub.

tag: Bakı, Dəniz, Dübəndi, Boğulma, todaypress.az,