Bakıda beşmərtəbəli bina yanır

Hadisə

15.02.2025 14:28

2696

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli bina yanır.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

tag: Bakı,Nərimanov ,Fətəli xan Xoyski,Bina,Yanğın,todaypress.az,