Bakıda avtovağzal yaxınlığında qəza oldu, sıxlıq yarandı - FOTO
Hadisə
23.01.2025 14:47
Bakının Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol qəzası baş verib, sıxlıq yaranıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən "Xırdalan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb:
"Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür".
tag: Binəqədi ,Avtovağzal ,DİN,Xırdalan dairəsi ,todaypress.az,